Mahir Emrelinin çıxış etdiyi klub ilin ən yaxşı komandası seçilib
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya klubu “Dinamo”, Zaqrebdə ilin ən yaxşı kişi komandası seçilib. Klub, il ərzində Xorvatiya çempionluğunu, ölkə Superkubokunu qazanmaqla, eyni zamanda, 2021/2022 mövsümündə Avropa Liqasının pley-offunda və 2022/2023 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etməklə bu uğura layiq görülüb. Mükafatlandırma mərasimində Mahir Emreli də iştirak edib. O, cari mövsüm bütün turnirlərdə 10 matça çıxıb, 3 qola imza atıb.