Mahir Emreli Xorvatiyanın ən titullu klubu ilə müqavilə bağlayıb
2021-02-03 10:10
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" Zaqreb klubuna keçib. 25 yaşlı hücumçu 4,5 illik müqaviləyə imza atıb. Emreli "Dinamo"da 11 nömrəli formanı geyinəcək. Polşa "Legiya"sı isə onunla müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğunu açıqlayıb. Zaqreb "Dinamo"su Xorvatiyanın ən titullu klubu sayılır.
Fərid Mehdiyev