Mahir Emreli oyun zamanı ciddi zədə alıb
Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli ciddi zədə alıb. 26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində Sloveniyanın “Roqaşka” komandasına qarşı keçirilən yoxlama görüşündə sıradan çıxıb. Emreli bu səbəbdən qarşılaşmanın 60-cı dəqiqəsində əvəzlənib. Baş məşqçi Sergey Yakiroviç forvardın uzun müddət kollektivdən kənarda qalacağını söyləyib. “Dinamo” “Roqaşka”nı 1:0 hesabı ilə məğlub edib.
Vüsalə Cənnətova