Mahir Emreli Lesterlə oyunda penaltidən yararlana bilməyib
2021-11-26 10:05
Polşa "Legiya"sının futbolçusu Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup oyununda qol şansını əldən verib. Hücumçu penaltidən yararlana bilməyib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Kasper Şmeyxel dəf edib. Buna baxmayaraq, Emrelinin komanda yoldaşı epizodun davamında fərqlənə bilib. Görüş isə ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Fərid Mehdiyev