Mahir Emreli Lüksemburqla oyunda tilsimi qırmağa çalışacaq
2021-11-11 10:05
Bu gün futbol üzrə Azərbaycan yığması dünya çempionatı 2022-nin seçmə mərhələsində Lüksemburqla qarşılaşacaq. Oyun saat 21-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç öncəsi mətbuata açıqlama verən Mahir Emreli məqsədlərinin doğma arenada qələbə qazanmaq olduğunu bildirib. 24 yaşlı hücumçu yığmada qol vura bilməməyinin onu narahat etdiyini və Lüksemburqla görüşdə bu tilsimi qıracağını deyib.
Nərgiz camal