Mahir Emreli karyerasını Xorvatiyada davam etdirə bilər
2021-01-08 14:00
Millimizin və Polşa Legia-sının futbolçusu Mahir Emreli Xorvatiya klubuna keçə bilər. Zaqreb Dinamo-su 25 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Legiya-dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını səbəb göstərib.
Vüsalə camal