Mahir Emreli Fənərbağça ilə matçı buraxacaq
"Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının 23-cü turundan təxirə salınmış "Fənərbağça" ilə oyunda iştirak etməyəcək. Buna səbəb 26 yaşlı hücumçunun transferinin fevralın 6-dan sonra baş tutmasıdır. Emreli ilə yanaşı klubun digər 3 yeni transferi də bu görüşü buraxacaq. Fevralın 6-da oynanılması planlaşdırılan matç zəlzələyə görə ayın 25-nə təxirə salınıb.
Nərgiz Camalzadə