Mahir Əmrəli komandasına kömək edə bilməyib
2021-11-22 12:10
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa çempionatında növbəti matçına çıxıb. Komanda 15-ci turda "Gornik"lə qarşılaşıb. Mahirin komandası 2:3 hesabı ilə uduzub. Futbolçumuz meydana 46-cı dəqiqədə Tomas Pekhartın əvəzinə daxil olub və sonadək mübarizə aparıb.
Vüsalə camal