Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Dövlət İmtahan Mərkəzi iyunun 14-də keçirilən magistraturaya qəbul imtahanının ikinci cəhd üzrə yekun nəticələrini açıqlayıb.Namizədlər nəticələrini DİM-in rəsmi saytından, həmçinin iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.Apellyasiya müraciətləri isə iyulun 6-sı saat 10:00-dan 8-i saat 17:00-dək DİM-in saytında elektron qaydada qəbul ediləcək. Bu müddətdə qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Həmçinin, magistraturada xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara bakalavrların qeydiyyatı başlayıb. Qeydiyyat 3 iyuldan 8 iyul saat 15:00-dək aparılacaq.
03 iyul 2026

