Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək
Dövlət İmtahan Mərkəzi mayın 17-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdini keçirəcək.İmtahan Gəncə də daxil olmaqla 7 şəhər və rayonda, ümumilikdə 92 binada təşkil olunacaq. İmtahanda 23 min 89 bakalavr iştirak edəcək. Nəticələrin bir hissəsi imtahandan 2-3 gün sonra, yekun nəticələr isə esse tapşırıqları yoxlanıldıqdan sonra elan olunacaq.
13 may 2026

