2020-01-29 12:04
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunlarının ali məktəblərə 1-ci mərhələ qəbul imtahanı və dövlət qulluğuna qəbul imtahanının test mərhələsi aprel ayında reallaşacaq. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə brifinqdə ali təhsil müəssisələrinə 1-ci şans qəbul imtahanı, tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün 1-ci şans Azərbaycan dili imtahanı, dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya 1-ci şans qəbul imtahanının may ayı, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iyun ayında keçiriləcəyini də bildirib. O ki, qaldı ali məktəblərin magistratura səviyyəsi üçün qəbul imtanına.
Vəfa Şairova