Magistraturaların boş qalan yerlərinə qəbul elan edilib
2020-08-25 14:07
Dövlət İmtahan Mərkəzi bu gündən avqustun 31-dək ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi elan edir. Qəbul fevralın 23-də keçi¬rilən qəbul imtahanında toplanılan ballar əsasında aparılır. Bakalavrlar 31 avqust saat 23:59-dək mərkəzin saytında seçdikləri ixtisaslaşmaların kodlarını təsdiqləməlidirlər.
Nərgiz Camal