Magistraturada boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
2020-09-02 10:00
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb. Nəticələr Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilib. Bakalavrlar həmçinin mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə magistraturaya daxil olub-olmadıqlarını öyrənə bilərlər.
Fərid Mehdiyev