Magistratura üzrə yeni ixtisaslar yaradılıb
2020-01-31 10:04
Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların Təsnifatı”nda dəyişiklik edib. "Təbiət ixtisasları qrupu” bölməsinə yeni Dövlət informasiya sistemlərinin təhlükəsizliyi və Rəqəmsal hökumət, "Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, "Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə Dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları əlavə edilib.
Fərid Mehdiyev