Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
Madriddəki Pons Fondunda MAMA “Ana Təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub.IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifi olduğu sərgi insan və təbiət arasındakı əlaqəyə, eləcə də ətraf mühitin qorunmasının vacibliyinə diqqət çəkir.Layihə ilk dəfə 2024-cü ildə COP29 çərçivəsində Bakıda təqdim olunub. Madriddəki sərgi sentyabrın 9-dan 18-dək ziyarətçilər üçün açıq olacaq. Ekspozisiyada Azərbaycan və digər ölkələrdən olan tanınmış müasir rəssamların əsərləri nümayiş olunur.
09 sentyabr 2026

