Madat Babayana da hökm oxunub
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının məhkəməsində hökmlər oxunması prosesi davam edir.Təqsirləndirilən Madat Babayan yaşı 65-i keçdiyi üçün ona ömürlük cəza tətbiq edilməyib və o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirakını məhkəmədə etiraf edib. Məhkəmə prosesində Ermənistanın hərbi təcavüzü zamanı törədilən ağır cinayətlər üzrə baxışlar davam edir.
5 fevral 2026

