Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək

2019-10-09 14:07

Oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək. Mundiala daha yaxşı hazırlaşmaq məqsədilə sərbəst güləş üzrə komandamız bu gün Dağıstana yola düşüb. Məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında oktyabrın 23-dək Mahaçqalada yerli komanda ilə birgə davam edəcək təlim-məşq toplanışında 13 güləşçi yer alacaq.

Vəfa Şairova