Maştağa qəsəbəsində çətənə kolu aşkar edilib

2019-06-14 12:19

Polis əməkdaşları Maştağa qəsəbə sakini Vüqar Əliyevi saxlayıblar. Ona məxsus bağ evinin həyətindəki 3 ədəd istixanadan kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 1 ton 104 kiloqram olan 7190 ədəd çətənə kolu aşkar edilib. Axtarış zamanı istixanalardan əlavə olaraq qurudulmuş formada satış üçün nəzərdə tutulan 5 kiloqram 100 qram marixuana da aşkar edilərək götürülüb.

Ruhəngiz Hacızadə