2021-06-16 18:12
Ermənistan 30 illik işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün mədəni və dini abidələrimizi məqsədli şəkildə dağıdıb. İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında çıxışı edən Prezident İlham Əliyev, Ermənistanın işğalı altında olmuş ərazilərdə yerləşən 67 məsciddən 65-nin yerlə-yeksan edildiyini, iki məscidin isə ciddi zərər görərək təhqir edildiyini bildirib. Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərindən söz açan dövlət başçısı, məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkənin müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməyəcəyini vuğulayıb.
Vüsalə Camal