Mərkəzi Seçki Komissiyasına 2019-cu il üzrə maliyyə hesabatı təqdim edən partiyaların sayı açıqlanıb
2020-03-18 18:03
Mərkəzi Seçki Komissiyasına 2019-cu il üzrə maliyyə hesabatı təqdim edən partiyaların sayı açıqlanıb. Bu günə qədər Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 29-u maliyyə hesabatını MSK-ya təqdim edib. Novruz bayramından sonra partiyaların mütləq əksəriyyətinin maliyyə hesabatlarını təqdim etməsi prosesinin yekunlaşacağı gözlənilir.
Fərid Mehdiyev