Mərkəzi Seçki Komissiyası regionlarda 3 günlük kurslara başlayıb

2019-10-15 16:06

Mərkəzi Seçki Komissiyası regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 3 günlük kurslara başlayıb. Gəncədəki 4 dairəni və məntəqələrini əhatə edən təlimdə seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması kimi məsələlərdən danışılıb.

Fərid Mehdiyev