Canlı
Mərkəzi Bank uçot dərəcəsini 2%-ə azaldıb

2018-02-12 / 16:00

Azərbaycan Mərkəzi Bankı uçot dərəcələrini 15-dən 13%-ə endirib. Faiz dəhlizinin yuxarı həddi 16, aşağı həddi isə 8 faiz müəyyənləşdirilib. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov qərar verilərkən illik inflyasiyanın birrəqəmli olması, proqnozlar və xarici balansın yaxşılaşmasının nəzərə alındığını deyib. Sədr əlavə edib ki, infilyasiyanın aşağı həddə salınması üçün işlər görülür, əgər xarici neqativ təsir olmasa infilyasiya 6,8 faizdən aşağı səviyyədə formalaşa bilər.

Fərid Mehdiyev