Mərkəzi Bankın rəsmisi: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
Azərbaycanda bank hesablarından oğurluq halları ilə bağlı yeni açıqlama verilib. Mərkəzi Bankın rəsmisi Elnur Eyvazlı bildirib ki, hesabların ələ keçirilməsi hallarında azalma müşahidə olunur.Dələduzluq qurbanları arasında qadınlar və yaşlı vətəndaşlar üstünlük təşkil edir.Kibertəhlükəsizlik insidentlərinin təhlili aparılır və müdafiə mexanizmləri gücləndirilir. Gələcəkdə dövlət qurumları arasında vahid insident idarəetmə platformasının yaradılması planlaşdırılır. Bu sistem hüquq-mühafizə orqanlarının da prosesə operativ qoşulmasına imkan verəcək.
03 iyun 2026

