Mərakeşdə ermənilərin Gəncə qurbanlarının xatirəsi yad edilib
2020-10-23 15:06
Mərakeşdə Ermənistanın işğalçı ordusu tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində həlak olan dinc sakinlərin xatirəsi yad edilib. Terrorizmi siyasi alətə çevirən Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı qəddar hücumları qətiyyətlə qınanılıb, bunun beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyasının müvafiq bəndlərini kobud şəkildə pozan qeyri-insani əməllər olduğu qeyd edilib, müvafiq beynəlxalq təşkilatların buna göz yummayacağına inam ifadə edilib.
Nərgiz Camal