Mərakeş və Pakistan vətəndaşları Azərbaycan sərhədini pozmağa cəhd göstərib
Mərakeşin iki vətəndaşının Rusiyaya keçmək, Pakistanın üç vətəndaşının isə Azərbaycan sərhədini Gürcüstan istiqamətində qanunsuz yolla pozmaq cəhdinin qarşısı alınıb. Sərhədçilərin keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri aparılır.