Canlı
Məmmədyarov Vyanada Nalbandyanla görüşəcək

2017-12-06 / 10:14

Bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək. ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirak edəcəyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq. Hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısı çərçivəsində Vyanada səfərdədir.

Vəfa Şairova