Canlı
Məmmədyarov və Mnatsakanyanın görüşü iyulun 11-də keçiriləcək

2018-07-09 / 12:00

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla iyulun 11-də Brüsseldə görüşəcək. Bu barədə Məmmədyarov özü məlumat verib. Onu da qeyd edib ki, münaqişənin həli ilə bağlı ümid həmişə var. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü NATO-nun zirvə toplantısı çərçivəsində baş tutacaq.

Vəfa Şairova