Məktəblərin bağlanması ilə əlaqədar teledərslər başlayıb
2020-03-11 12:02
Bu gündən "Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihə səhər saat 10:00-da başlayıb. İlk dərs V siniflərin riyaziyyat fənninə həsr olunub. Teledərslər fasilələrlə saat 16:00-dək davam edəcək. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Dərslər mart ayının 27-nə kimi həftəiçi hər gün yayımlanacaq.
Vəfa Şairova