2021-06-14 18:12
Növbəti tədris ilindən bütün məktəblərin 6 günlük tədris sisteminə keçməsi ilə bağlı yayılan xəbərlər əsassızdır. Təhsil naziri Emin Əmrullayev yaşı 60-dan yuxarı olan müəllimlərin sertifikasiyaya cəlb edilməsi və testlərin elektronlaşdırılmasına da münasibət bildirib. Deyib ki, sertifikasiyadan kəsilən müəllim növbəti 1 il ərzində yenidən imtahan verə bilər. “Yeni tədris ilində məktəblərdə testlərin elektron vəziyyətdə keçirilməsini çox istərdik. Peşə təhsil formasının da inkişaf etməyi üçün çalışırıq. Həmçinin, məktəblərdə olan formalara gəldikdə isə bu, tənzimləyici qaydadır. Hər bir məktəb bunu nəzərdə tutulmuş formalara əsasən müəyyən edir. Bu forma istiqamətində addım-addım irəliləyirik. Məqsədimiz şagirdlərin vahid forma altında birləşməsidir”.
Fərid Mehdiyev