Məktəblərdə boş qalan yerlərə sərbəst qəbul aparılır
Bu gündən sentyabrın 13-dək uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində Bakı və Gəncədə yerləşən üstünlük hüququ tətbiq edilən məktəblərdə boş qalan yerlərə sərbəst qəbul aparılır. Təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub. Avqustun 1-i saat 11-dən etibarən isə uşaqların rus bölməsi üzrə sərbəst qəbulu prosesinə başlanılacaq.
Fərid Mehdiyev