Məktəblərdə bəzi dərs vəsaitlərində çatışmazlıq yaşandığını bildirilir
Məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq yaşandığını bildirirlər. Elm və Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilir və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır.