Məktəblərdə “TikTok”a çıxış məhdudlaşdırılıb
Azərbaycanda məktəblərdə “TikTok”a çıxış məhdudlaşdırılıb.Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ailə Forumunda bildirib. Onun sözlərinə görə, məktəblərdə cinayət, narkotik və zorakılıq məzmunlu 200-dən çox görüntüyə də məhdudiyyət tətbiq edilib. Nazir müavini uşaqların zərərli kontentdən qorunması üçün valideynlərin də nəzarəti gücləndirməli olduğunu vurğulayıb.
21 oktyabr 2026

