Məktəblər üçün texniki dəstək xətti fəaliyyətə başlayıb
Elm və Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin inzibati heyəti üçün 146-4 dəstək xəttini istifadəyə verib.Nazirlikdən bildirilib ki, xətt vasitəsilə məktəb rəhbərləri və inzibati heyət üzvləri internet bağlantısı, elektron jurnaldan istifadə və digər texniki məsələlərlə bağlı müraciət edə biləcəklər.Yeni xidmətin məqsədi təhsil müəssisələrində rəqəmsal xidmətlərdən istifadə zamanı yaranan texniki çətinliklərin operativ həllinə dəstək göstərməkdir.
11 noyabr 2026

