Məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatıb
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə zəhərlənmə şübhəsi ilə 21 şagird xəstəxanaya yerləşdirilib. TƏBİB-in məlumatına görə, onların 17-si oğlan, 4-ü qızdır.Vəziyyətləri stabil qiymətləndirilir.Qida Təhlükəsizliyi Agentliyinin ilkin araşdırmasına əsasən, hadisəyə şagirdlərdən birinin məktəbə gətirdiyi, istifadə müddəti bitmiş şirniyyat məhsulu səbəb olub.Hazırda hadisənin səbəbləri araşdırılır.
02 oktyabr 2026

