Məktəbdə bıçaqlanma, yeniyetmənin vəziyyəti ağırdır
2020-02-06 14:05
Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 16 yaşlı Nihat Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Yeniyetmə mübahisə zəminində bıçaqlanıb.
Ruhəngiz Hacızadə