Məktəb və universitetlərin sentyabrın 15-də açılacağı dəqiq bilinmir
2020-06-17 10:00
"Baxmayaraq ki, bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə, biz özümüzü reallığa uyğunlaşdırmalıyıq". Bunu Prezident İlham Əliyev “Microsoft” şirkətinin təşəbbüsü ilə baş tutan videokonfransda deyib. Dövlət başçısının sözlərinə görə, sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. “Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq – deyə prezident bildirib.
Fərid Mehdiyev