Məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs tutulub
Qaradağda məktəb direktoruna məxsus avtomobili yandırmaqda şübhəli bilinən şəxs həbs edilib. Hadisə oktyabrın 12-də baş verib. Polis əməkdaşları əvvəllər məhkum olunmuş Fuad İbrahimovu müəyyən edərək saxlayıblar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
13 oktyabr 2026

