Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb
2020-08-18 14:04
Bu gündən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib. Valideynlər mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqustun 20-dən başlayacaq.
Nərgiz Camal