Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyatın başlama tarixi bəlli oldu
İyulun 11-də saat 11-dən məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11-də, tədrisi digər dillərdə aparılan bölmələr üzrə seçim isə 18 iyul saat 11-də aktiv ediləcək.
Zülfiyyə Telmanqızı