Məişət zorakılığı ilə bağlı 13 kişi Dövlət Komitəsinə müraciət edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aprel ayında məişət zorakılığı ilə bağlı 63 müraciət daxil olub. Komitədən verilən məlumata görə, müraciətlərin 47-si qadınlar, 13-ü kişilər, 3-ü isə uşaqlar tərəfindən edilib. Müraciətlərin 27-si regionların payına düşüb. Kişilərdən daxil olan müraciətlər əsasən psixoloji və iqtisadi zorakılıq, eləcə də övladlarla ünsiyyətin məhdudlaşdırılması ilə bağlıdır.
08 may 2026

