"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib
Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkili məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib.Yeni sistem vətəndaşlara görüş üçün onlayn müraciət, vaxt və görüş növünün seçilməsi, eləcə də sovqatların əvvəlcədən qeydiyyatı imkanı yaradır. Müraciət “myGov ID” və ya şəxsiyyət vəsiqəsi ilə identifikasiya olunaraq “Elektron xidmətlər” bölməsindən həyata keçirilir. Pilot layihə hazırda 4 saylı cəzaçəkmə müəssisəsində tətbiq olunur, mərhələli şəkildə digər müəssisələrə də şamil ediləcək.
30 aprel 2026

