Məhkəmə Paşinyanın çıxardığı Baş Qərargah rəisini vəzifəsində saxladı
2021-03-18 12:06
Ermənistanın İnzibati Məhkəməsi baş nazir Nikol Paşinyanın vəzifədən azad etdiyi Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyanla bağlı qərarını açıqlayıb. Qasparyan Baş Qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcək. Bunu onun vəkili Artur Ovannisyan feysbuk səhifəsində yazıb.
Vüsalə Camal