Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib
Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.Məhkəmə apellyasiya şikayətini təmin etməyib. Qeyd edək ki, iyunun 10-da Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində Əli Kərimli barəsində başlanmış cinayət işi üzrə həbs qətimkan tədbirinin müddətini 5 ay uzadıb.DTX-nın məlumatına görə, aparılan tədbirlər nəticəsində bir sıra şəxslərin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərdə iştirakına dair əsaslı şübhələr yaranıb.Faktla bağlı araşdırmalar davam etdirilir.
16 iyun 2026

