Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb
İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah Kenni Dalqlişin uğurunu təkrarlayıb. 30 yaşlı hücumçu buna Premyer Liqanın XVII turunda "Aston Villa"nı 3:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənməklə nail olub. Dalqliş və Salah 172 qolla Mersisayd təmsilçisinin bombardirləri siyahısında yeddinci yerdədirlər. Şotlandiyalı forvard 515, misirli oyunçu isə 277-ci matçda bunu bacarıb.