Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışına hazırlıq aparılır
2020-02-05 14:00
Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışına hazırlıq aparılır. Bu prosesin beynəlxalq normalara uyğun həyata keçirilməsi, dinc əhalinin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso təmsil etdiyi qurum qaçqın və məcburi köçkünlərlə bağlı öhdəsinə düşən vəzifələrlə bağlı əməkdaşlıq etməyə hazır olduğunu və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Nərgiz camal