Müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları yaxın müddətdə qarşılanacaq
2020-12-16 18:00
“Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutmağa başlayıblar. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, bunun üçün təlimlərdən keçən 69 qrup formalaşdırılıb. Bu günə qədər Fond üçün həyata keçirilmiş ianələrin məbləği 10 milyon manatdan çoxdur və müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları yaxın müddətdə qarşılanacaq.
Nərgiz Camal