Müharibədən zərər çəkən xəstəxanalara yardım göndərilib
2021-02-17 14:00
BMT-nin Əhali Fondu 32 reproduktiv sağlamlıq və tibbi ləvazimatlardan ibarət dəsti Səhiyyə Nazirliyinə çatdırıb. Dəstlərin tərkibinə kliniki doğuşayardım və qanköçürmə dəstləri, xəstələrə baxım üçün birdəfəlik ləvazimatlar, eləcə də infeksion xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman ləvazimatları daxildir. Dəstlərin son münaqişədən zərər çəkən Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Ağcabədi, Gəncə, Mingəçevirdə fəaliyyət göstərən mərkəzi rayon xəstəxanalarının tibbi heyətinə paylanılması nəzərdə tutulur.
Fərid Mehdiyev