Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb
Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə demək olar ki, iki il bundan əvvəl başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Əfsuslar olsun ki, bu rəqəm hər həftə artır. Bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib. Lap bu yaxınlarda Ermənistan silahlı qüvvələri tərəfindən Laçında basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirilib. Ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir- deyə Prezident vurğulayıb.