2020-04-29 18:03
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qoşulma qaydalarını açıqlayıb. Bunun ən sadə yolu komputer vasitəsilə qoşulmaqdır. İştirakını təsdiq etmiş müəllimlərin maili-nə bir link göndəriciləcək və həmin linkə daxil olaraq onlayn müsahibəyə qoşulacaqlar. Müəllimlər dünən gecə saatlarından onlayn müsahibədə iştirakları barədə təsdiq mesajını göndərə bilirlər. Bu proses mayın 1-nə kimi davam edəcək. Müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibədən keçməyən namizədlərin əmək müqaviləsinə tədris ilinin sonunda xitam veriləcək.
Fərid Mehdiyev