Müdafiə Nazirliyinin sabiq idarə rəisinin barəsində həbs qətimkan tədbiri seçilib
2021-02-21 18:07
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə ittiham elan edilib və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Nərgiz camal